BAKI, 9 iyun. TELEQRAF
"Güman edirəm ki, Türkiyə Dünya çempionatında çox yaxşı yarışacaq".
Teleqraf xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.
MOK rəsmisi DÇ-2026-da iki komandaya azarkeşlik edəcəyini söyləyib:
"Bu komandalardan biri Portuqaliyadır. Eysebionun dövründən bu komandaya azarkeşlik edirəm. İkincisi isə Niderlanddır, Kroyffun dövründən bu komandanı izləyirəm və hələ də azarkeşlik edirəm”.
Çingiz Hüseynzadə Türkiyə millisinin 2002-ci il Dünya çempionatındakı uğurunu da xatırladıb:
“Türkiyə milli komandası 2002-ci ildə Dünya çempionatında üçüncü yeri tutmuşdu. Bu, onların ən böyük uğurudur. Bu il də hesab edirəm ki, həmin dövrdən sonra o səviyyəyə yaxın bir komanda var. Güman edirəm ki, Türkiyə Dünya çempionatında çox yaxşı yarışacaq, bütün rəqiblərlə mübarizə aparacaq".
Qeyd edək ki, Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.