BAKI, 9 iyun. TELEQRAF

"Şəfa" növbəti transferini reallaşdırıb.

Teleqraf xəbər verir ki, klub qapıçı Nicat Mehbalıyevlə 1 illik müqavilə imzalayıb.

Mehbalıyev son olaraq "Sabah"ın formasını geyinib və ötən mövsüm Premyer Liqanın və Azərbaycan Kubokunun qalibi olub.

25 yaşlı qolkiper karyerası ərzində "Qarabağ"ın da üzvü olub. O, müxtəlif vaxtlarda icarə əsasında "Sumqayıt" və "Qəbələ" klublarında çıxış edib.