BAKI, 30 may. TELEQRAF
UEFA Çempionlar Liqasında 2025/26 mövsümünün qalibi bəlli olub.
Teleqraf xəbər verir ki, turnirin qalibi PSJ olub.
Matçın əsas və uzatma vaxtında qalib müəyyənləşməyib - 1:1.
Hesabı 6-cı dəqiqədə "topçular"ın heyətində Kay Haverst açıb. Matçın 65-ci dəqiqəsində Usman Dembele penalti zərbəsindən hesabı bərabərləşdirib.
Penaltilər seriyasında Fransa təmsilçisi 4:3 qələbə qazanıb.
Beləliklə, PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub. Komanda daha əvvəl 2024/25 mövsümünün finalında "İnter"i 5:0 məğlub etmişdi.