Türkiyənin "Fənərbağça" klubunun müdafiəçisi Arçi Braun yay transfer pəncərəsində komandasını dəyişə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "A Spor" telekanalı məlumat yayıb.
İddialara görə, İngiltərə Premyer Liqası təmsilçisi "Nottinqem Forest" 23 yaşlı sol cinah müdafiəçisini heyətinə qatmaq niyyətindədir.
Məlumata əsasən, İngiltərə klubu futbolçunun transferi üçün 16 milyon avro ödəməyə hazırdır. “Fənərbağça” rəhbərliyi isə oyunçusunun satışından minimum 18 milyon avro gəlir əldə etmək istəyir.
Qeyd edək ki, Arçi Braun cari mövsüm İstanbul təmsilçisinin heyətində bütün turnirlərdə 36 oyuna çıxıb. O, bu qarşılaşmalarda 4 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.