30 aprel 2026-cı il tarixində keçirilən Azərbaycan Premyer Liqasının XXI turunun “Neftçi – Qarabağ” qarşılaşması ilə bağlı AFFA İntizam Komitəsi qərarlarını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Qərara əsasən, “Neftçi” komandasının 5 futbolçusunun sarı vərəqə alması səbəbindən klub 700 manat cərimə edilib (maddə 43.1).
Digər qərarda isə “Qarabağ” azarkeşlərinin oyun zamanı rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi qeydə alınıb. Bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığı üçün Ağdam təmsilçisi 8000 manat cərimə olunub (maddə 52.5).