"Barselona" baş məşqçisi Hansi Flik ilə yeni müqavilə imzalayacaq.

Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kataloniya klubu almaniyalı mütəxəssisin sözləşməsini 2027/28 mövsümünün sonuna qədər uzatmaq niyyətindədir. 61 yaşlı çalışdırıcının müqavilə müddətinin 1 il uzadılması da sözləşməyə əlavə olunacaq.

Qeyd edək ki, Flik 2024-cü ilin yayında Xavi Hernandezi əvəzləyib.