Azərbaycan Premyer Liqası təmsilçilərindən "İmişli" futbolçusu İdris İnqilablı ilə müqavilənin müddətini uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi ilə 2 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, İdris İnqilablı 2024-cü ildən bölgə klubunda çıxış edir.