BAKI, 1 may. TELEQRAF
Ukraynanın "Şaxtyor" komandası UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyununda İngiltərənin "Kristal Palas" klubuna qarşı matçda turnir tarixinin ən sürətli qolunu buraxıb.
Teleqraf xəbər verir ki, görüşün 21-ci saniyəsində London təmsilçisinin seneqallı yarımmüdafiəçisi İsmailla Sarr rəqib qapısına yol taparaq rekorda imza atıb.
Qeyd edək ki, UEFA Konfrans Liqası Avropada klub səviyyəsində üçüncü ən nüfuzlu turnirdir və 2021/22 mövsümündən keçirilir. Turnirin son qalibi isə İngiltərənin "Çelsi" komandasıdır.