BAKI, 1 may. TELEQRAF
“Çox istəyirdik ki, qələbə qazanaq. Düzdür, bu il də çempion olmadıq. Nəhayət ki, tilsimi qırdıq və uzun müddətli qələbəsizlik seriyasını bitirdik”.
Teleqraf xəbər verir ki, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Mahmudov təəssüratlarını belə ifadə edib: “Ötən oyunda 1:5 hesabı ilə “Qarabağ”a uduzmuşduq. İstəyirdik ki, bu oyunda daha yaxşı nəticə göstərərək onu unutduraq”.
Ətraflı video: