BAKI, 30 aprel. TELEQRAF

“Sabah” Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün bitməsinə 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Teleqraf xəbər verir ki, bu, XXI turdan təxirə salınmış oyunda “Neftçi”nin “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etməsindən sonra mümkün olub.

72 xalla turnir cədvəlinə başçılıq edən Masazır təmsilçisi ən yaxın izləyicisi “Qarabağ”ı 13 xal qabaqlayaraq tarixində ilk dəfə çempion adını qazanıb.

Qeyd edək ki, “Neftçi” sonuncu dəfə 2021-ci ildə “Qarabağ”ı məğlub etmişdi və bu qələbə ilə 18 oyunluq seriyaya son qoyub.