BAKI, 30 aprel. TELEQRAF
Afrika Futbol Konfederasiyasının (CAF) üzv assosiasiyaları Beynəlxalq Futbol Federasiyasının (FIFA) 2027-ci ildə keçiriləcək prezident seçkilərində Canni İnfantinonun namizədliyini yekdilliklə dəstəkləyib.
Teleqraf xəbər verir ki, assosiasiyalar İnfantinonun 2027–2031-ci illər dövrü üçün yenidən qurumun prezidenti seçilməsini dəstəkləmək barədə razılığa gəlib.
Qeyd edək ki, Afrika Futbol Konfederasiyasına 54 milli futbol assosiasiyası daxildir. Canni İnfantino 2016-cı ildən FIFA prezidenti vəzifəsini icra edir və bu posta iki dəfə yenidən seçilib.