BAKI, 29 aprel. TELEQRAF
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Teleqraf xəbər verir ki, Komitə XXIX turda baş tutan "Neftçi" - "Qarabağ" oyununa görə klubları ümumilikdə 20 000 manat cərimələyib.
Oyununun 90+3-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “ağ-qaralar” komandası 5000 manat cərimələnib. Paytaxt klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə isə 8000 manat ziyana düşüb.
Həmçinin, “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə Ağdam klubu 7000 manat cərimələnib.