AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Teleqraf xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

O, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş mayın 3-də Barselona şəhərində yerləşən “Nou Kamp” stadionunda keçiriləcək.