"Mançester Siti"nin müdafiəçisi Con Stounzun gələcəyi ilə bağlı qərar verilib.

Teleqraf xəbər verir ki, İngiltərə çempionu mövsümün sonunda müqaviləsi başa çatacaq təcrübəli futbolçunun müqaviləsini yeniləməmək qərarına gəlib.

Beləliklə, Con Stounz yay transfer dönəmində azad agent kimi komandadan ayrılacaq. İngiltərə millisinin üzvü 2016-cı ildə "Everton"dan 55 milyon avro qarşılığında "Mançester Siti"yə transfer olunmuşdu.

Cari mövsümdə Stounz "şəhərlilər"in heyətində bütün turnirlər daxil olmaqla 16 oyunda forma geyinib.