Superliqa təmsilçilərindən "Fənərbağça"da növbəti prezident seçkilərinin vaxtı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin hazırkı prezidenti Sadettin Saran mətbuat xidmətinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, seçkilər 6-7 iyunda baş tutacaq.

Sadettin Saran yeni seçkilərdə namizəd olmayacağını açıqlayıb.

Xatırladaq ki, Saran 2025-ci ilin sentyabrından "Fənərbağça"nın prezidentidir.