BAKI, 28 aprel. TELEQRAF

İngiltərə təmsilçisi “Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Holann gələcək karyerası ilə bağlı qərarını verib.

Teleqraf ESPN-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Barselona” və “Real Madrid”in marağı ilə bağlı yayılan xəbərlər fonunda İngiltərə klubunda qalmaq istədiyini açıqlayıb.

“Çox xoşbəxtəm və qarşıda bizi nə gözlədiyini səbirsizliklə gözləyirəm. Çünki həm “Siti” üçün klub olaraq, həm də mənim üçün futbolçu kimi çox maraqlı dövr başlayır. Buna görə də bu klubla birlikdə irəliləməyə davam etmək istəyirəm” - deyə, futbolçu qeyd edib.

Qeyd edək ki, Holann 2025-ci ilin yanvarında “Mançester Siti” ilə 9 illik müqavilə imzalayıb. Cari mövsümdə norveçli forvard “şəhərlilər”in heyətində 48 oyunda 35 qol vurub, 7 məhsuldar ötürmə edib.