Türkiyə Superliqasında çempionluğun bir addımlığında olan "Qalatasaray”ın baş məşqçisi Okan Buruk tarixi rekordu yeniləməyə çox yaxındır.

Teleqraf xəbər verir ki, “sarı-qırmızılılar” cari mövsümü çempion kimi başa vuracağı halda, Buruk komandanı ardıcıl 4-cü dəfə Türkiyə çempionu edəcək.

Bununla da 51 yaşlı mütəxəssis klub tarixində bu uğura imza atan yeganə məşqçi olan Fatih Terimin rekorduna şərik çıxacaq.

Fatih Terim “Qalatasaray”la 1996–2000-ci illər arasında ardıcıl 4 mövsüm Superliqa çempionluğu yaşayaraq Türkiyə futbolunda uzun illər qırıla bilməyən göstərici müəyyənləşdirmişdi.