BAKI, 27 aprel. TELEQRAF

La Liqa təmsilçilərindən "Real"ın hücumçusu Qonsalo Qarsiya karyerasını Bundesliqada davam etdirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

"Borussiya" ispaniyalı forvardı transfer etmək niyyətindədir. Dortmund klubu 22 yaşlı futbolçunun keçidi üçün Madrid klubuna 30 milyon avro ödəyəcək.

Qeyd edək ki, Qonsalo Qarsiya bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 6 qol vurub, 2 qol ötürməsi edib.