Türkiyə millisinin aparıcı futbolçularından Hakan Çalhanoğlunun zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vurduğu açıqlanıb.

Teleqraf xəbər verir ki, təcrübəli yarımmüdafiəçi aldığı zədəyə görə cari mövsümdə daha meydana çıxa bilməyəcək. Türkiyə millisinin üzvünün əsas məqsədinin isə qarşıdakı dünya çempionatına tam hazır vəziyyətdə qatılmaq olduğu bildirilir.

32 yaşlı futbolçu bu mövsüm "İnter"in heyətində 30 oyuna çıxaraq 12 qol vurub və 7 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Türkiyə millisinin də iştirak edəcəyi 2026 Dünya Kuboku 11 iyun 2026-cı ildə start götürəcək.