BAKI, 27 aprel. TELEQRAF

"Fənərbağça"nın "Qalatasaray"a səfərdə 3:0 hesabı ilə məğlub olmasından sonra "sarı-lacivərdli" klub daxilində gərgin anlar yaşanıb.

Teleqraf xəbər verir ki, oyun bitən kimi çoxlu sayda azarkeş narazılıqlarını bildirmək üçün Samandıra Can Bartu Təlim Təsislərinə axın edib.

"Fənərbağça" komandasının avtobusu Samandıra Təlim Kompleksinə çatarkən, stadionun qarşısında gözləyən azarkeşlər klub avtobusuna yad cisimlər atıblar.

Vəziyyətin gərginləşməsindən sonra polis hadisəyə müdaxilə edib. Obyektin girişinə aparan yollar baryerlərlə bağlanıb və azarkeşlərin əsas giriş qapısına yaxınlaşmasına icazə verilməyib.

Qeyd edək ki, azarkeşlər klub prezidenti Saadettin Saran və baş məşqçi Domeniko Tedeskonun istefasını tələb ediblər.