BAKI, 26 aprel. TELEQRAF
Türkiyə Superliqasının XXXI turunda “Qalatasaray” və “Fənərbağça” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, RAMS Parkda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.
Baş hakim Yasin Kolun idarə etdiyi görüşdə qolları Viktor Osimhen (40), Barış Alper Yılmaz (67-ci dəq.-pen.) və Lukas Torreyra (83) vurublar.
Matçın 62-ci dəqiqəsində “sarı-qırmızılılar”ın qapıçısı Ederson ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Bu nəticədən sonra xallarını 74-ə çatdıraraq liderliyini möhkəmləndirən “Qalatasaray” ikinci pillədə qərarlaşan “Fənərbağça” ilə fərqi 7-yə yüksəldib.