BAKI, 17 aprel. TELEQRAF

“Beşiktaş”ın ulduz futbolçusu Orkun Kökçünün transfer qiyməti bəlli olub.

Teleqraf “Fanatik”ə istinadən xəbər verir ki, “ağ-qaralar” 25 yaşlı futbolçunun transferindən 60 milyon avro qazanmaq istəyir.

Türkiyə millisinin üzvü üçün daha əvvəl 50 milyon avro transfer haqqı təyin edən klub rəhbərliyi, oyunçunun yüksələn performansı və Dünya Kubokunda iştirakı səbəbindən bu rəqəmi artırıb.

Belə ki, “Beşiktaş” Orkun üçün 60 milyon avrodan aşağı transfer təkliflərini nəzərdən keçirməyəcək.

Transfer bu qiymətə baş tutarsa, “qartallar” Superliqa tarixində ən bahalı oyunçu satışı rekordunu ikiqat artıracaq. Hazırkı rekord 30 milyon avro ilə Saşa Boey (“Qalatasaray”dan “Bavariya”ya) və Ferdi Kadıoğluna (“Fənərbağça”dan “Brayton”a) məxsusdur.