BAKI, 15 aprel. TELEQRAF

"Barselona" Çempionlar Liqasının 1/4 finalında "Atletiko Madrid"ə qarşı keçirilən oyunlarda hakim qərarları ilə bağlı UEFA- ya şikayət edəcək.

Teleqraf xəbər verir ki, klub prezidenti Joan Laporta fransalı referi Klement Turpinin idarəçiliyindən etirazını bildirib.

"Biz bunu qəbul edə bilmərik. Biz artıq UEFA-ya şikayət etmişik və düşünürəm ki, daha bir şikayət edəcəyik", - deyə, o, açıqlamasında qeyd edib.

Qeyd edək ki, "Barselona" ümumi hesabda 3-2 hesabı ilə məğlub olaarq Çempionlar Liqasında mübarizəni dayandırıb.