BAKI, 16 mart. TELEQRAF
Türkiyə təmsilçisi “Fənərbağça” Fransanın “Monako” klubunun seneqallı ulduzu Lamin Kamaranı transfer edə bilər.
Teleqraf Fransa mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə artıq ilkin danışıqlar aparılıb.
Superliqa təmsilçisinin Kamara üçün yaxın aylarda rəsmi təmaslara başlamağı planlaşdırdığı bildirilir. Futbolçunun hazırkı transfer dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Lamin Kamara cari mövsüm “Monako”nun heyətində Liqa 1, Çempionlar Liqası və Fransa Kubokunda ümumilikdə 24 oyuna çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu 2024-cü ilin yayında “Metz”dən 15 milyon avro qarşılığında transfer olunub.