BAKI, 13 mart. TELEQRAF

Futbol üzrə Türkiyə Superliqasında XXVI turun oyunları keçirilir.

Teleqraf xəbər verir ki, çempionatın favoritlərindən olan "Fənərbağça" klubu səfərdə autsayder "Karagümrük"lə qarşılaşıb.

Atatürk Olimpiya Stadionunda baş tutan görüşdə "sarı-lacivərdlilər" 0:2 hesabı ilə uduzub.

Matçda hesabı müqavilə ilə "Fənərbağça"ya məxsus olan, icarə əsasında "Karagümrük"də oynayan Bartuğ Elmaz açıb. O, 15-ci dəqiqədə fərqlənib.

İlk hissənin sonlarında isə Serjinyo yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, "Fənərbağça" hazırda 57 xalla turnir cədvəlinin ikinci sırasında qərarlaşıb. "Karagümrük" isə 17 xalla sonuncu - 20-ci pillədədir.