BAKI, 11 mart. TELEQRAF

Bolqarıstanın "Levski Sofiya" klubunun futbolçusu Mustafa Sanqare "Qarabağ"ın maraq dairəsinə düşüb.

Teleqraf "TransferFeed" portalına istinadən xəbər verir ki, malili hücumçunun karyerasını Azərbaycan çempionunun heyətində davam etdirə biləcəyi gözlənilir.

Mənbənin məlumatına görə, tərəflər artıq bir neçə gündür danışıqlar aparır. 27 yaşlı oyunçunun bu yaxınlarda dizindən zədə almasına baxmayaraq, "Qarabağ"ın ona marağı azalmayıb və klub oyunçunu mövsümün sonunda heyətinə qatmaq üçün ciddi səy göstərir.

Mali milli komandasının üzvünün özü də yaxın vaxtlarda Bolqarıstan çempionatını tərk etməyi planlaşdırır.

"Transfermarkt" Sanqareni 1,5 milyon avro dəyərində qiymətləndirir. Onun "Levski" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Cari mövsümdə keçirdiyi 20 oyunda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan "Betmen" ləqəbli hücumçu daha əvvəl Fransanın "Amyen" klubunda da çıxış edib.