BAKI, 11 mart. TELEQRAF
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib.
Teleqraf xəbər verir ki, ilk oyun günündə dörd oyun keçirilib.
İspaniya "Barselona"sı İngiltərədə "Nyukasl"la 1:1 hesablı heç-heçə edib.
Almaniya "Bavariya"sı İtaliyada "Atalanta"nı 6:1, İspaniya "Atletiko Madrid"i isə evdə İngiltərə "Tottenhem"ini 5:2 hesabı ilə darmadağın edib.
Günün ilk matçında Türkiyənin "Qalatasaray" klubu doğma meydanında İngiltərənin "Liverpul" komandasından güclü olub - 1:0.
Qeyd edək ki, mərhələnin digər dörd oyunu martın 11-də baş tutacaq.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
10 mart
"Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə) 1:0
"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) 1:1
"Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya) 1:6
"Atletiko Madrid" (İspaniya) - "Tottenhem" (İngiltərə) 5:2