BAKI, 10 mart. TELEQRAF
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.
Teleqraf xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.
Əvvəlcə Türkiyə çempionu "Qalatasaray" doğma meydanında İngiltərənin "Liverpul" klubu ilə qarşılaşacaq.
"Ali Sami Yen Spor Kompleksi"ndə təşkil ediləcək görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Digər oyunlarda isə İspaniya "Barselona"sı İngiltərədə "Nyukasl"la, Almaniya "Bavariya"sı İtaliyada "Atalanta" ilə, İngiltərə "Tottenhem"i isə İspaniyada "Atletiko Madrid"lə üz-üzə gələcək.
Qeyd edək ki, turun digər dörd matçı martın 11-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
10 mart
21:45. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)
00:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)
00:00. "Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya)
00:00. "Atletiko Madrid" (İspaniya) - "Tottenhem" (İngiltərə)