BAKI, 6 mart. TELEQRAF

"Qarabağ"ın futbolçusu Emmanuel Addai yayda komandasını dəyişə bilər.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 24 yaşlı qanalı vingeri bir neçə Avropa klubu yaxından izləyir.

Addai ilə İngiltərənin "Kristal Pelas" və "Everton", Şotlandiyanın "Reyncers", İtaliyanın "Napoli", eləcə də Almaniyanın "Ayntraxt Frankfurt" komandaları maraqlanırlar.

Emmanuel Addainin özünün də karyerasını top çempionatların birində davam etdirmək niyyətində olduğu bildirilir.

Qeyd edək ki, Emmanuel Addai cari mövsümdə "Qarabağ"ın heyətində bütün turnirlərdə 37 oyuna çıxaraq 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.