BAKI, 5 mart. TELEQRAF

İsrail və ABŞ-nin İran ərazisinə endirdiyi zərbələr nəticəsində Tehranda yerləşən 12 min tamaşaçı tutumlu Azadi stadionuna zərbə endirilib.

Teleqraf xəbər verir ki, bu barədə “Global Affairs 24” portalı məlumat yayıb.

Bu gün səhər saatlarında baş verən hücumdan sonra stadionun tribunalarının və bəzi tikinti bölmələrinin dağıldığı, kompleksin ümumi strukturu ciddi zədələndiyi bildirilib. Bu səbəbdən stadion artıq fəaliyyətini davam etdirə bilməyəcək.

Xatırladaq ki, həmin stadionda “Persepolis” və “Esteglal” klubları ev oyunlarını keçirirdi.