BAKI, 26 fevral. TELEQRAF

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

Teleqraf UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 4 futbolçu ən yaxşı adına iddia edir.

Namizədlər bunlardır:

“Qalatasaray”ın futbolçusu Viktor Osimhen — “Yuventus”la matçda 1 qol vurub (3:2).

“Budo/Qlimt”in oyunçusu Kasper Hoq — “İnter”lə qarşılaşmada 1 qol vurub və 1 məhsuldar ötürmə edib (1:2).

“Real Madrid”in futbolçusu Aurelien Tçaumeni — “Benfika” ilə görüşdə 1 qol vurub (2:1).

“Atletiko Madrid”in oyunçusu Aleksandr Sorlot — “Brügge” ilə matçda het-trik edib (4:1).

Qalib UEFA-nın rəsmi saytında keçirilən sorğunun nəticələrinə əsasən müəyyənləşəcək.