BAKI, 6 fevral. TELEQRAF

Futbol üzrə İspaniya Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Teleqraf turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu raundda "Barselona" "Atletiko Madrid"lə, "Real Sosyedad" isə "Atletik Bilbao" ilə qarşılaşacaq.

Yarımfinal mərhələsinin oyunları evdə və səfərdə olmaqla iki hissədən ibarət olacaq. İlk oyunlar 10 və 11 fevralda, cavab oyunları isə 4 və 5 martda keçiriləcək.