BAKI, 22 yanvar. TELEQRAF
"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı (ÇL) uğurunun əsas səbəblərindən biri də mövsümün əvvəlində transfer edilən Kamilo Durandır. Kolumbiyalı hücumçunun ÇL-də keçirdiyi 7 oyunda 4 qol vurub 2 məhsuldar ötürmə etməklə ulduzu parlayıb.
Keçən ilin avqustunda cəmi 200 min avroya Portuqaliyanın II Liqa təmsilçisi "Portimonensi"dən transfer etdiyi 23 yaşlı oyunçu indi "Qarabağ"ın əsas qol silahına çevrilib. Amma bu transfer gerçəkləşdiriləndə "Qarabağ"ı hədəfə alan, komandanı tənqid edən və bəzən isə məsələyə lağ-lağa ilə yanaşan az deyildi.
Teleqraf 2025-ci ilin avqustunda "Qarabağ"ın rəsmi sosial şəbəkə hesablarında açıqladığı transfer xəbərindən sonra həmin paylaşıma gələn bəzi şərhləri şərhsiz təqdim edir:














.jpg)

.jpg)
