BAKI, 22 yanvar. TELEQRAF
"Penalti epzizodunda çox məyus idim. Oyun gedə-gedə qol vurmaq haqqında düşünürdüm. Qol vurduğum və qələbə qazandığımız üçün çox şadam.
Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə "Ayntraxt" üzərində 3:2 hesablı qələbədən sonra jurnalisltərə açıqlamasında deyib.
"Çempionlar Liqasında azərbaycanlı futbolçu kimi qol vurmaq çox xoşdur. Fərqi yoxdur kim qol vurub, əsas odur qələbə qazandıq. "Ayaks"la oyunda sonra çoxlu tənqid olunduq. Haqlı tənqidlər də var idi. Komanda olaraq toparlanmağı bacardıq. Düzdür, hələ işimiz başa çatmayıb. Qarşıda "Liverpul"la oyun var. Bu rəqib haqqında əlavə danışmağa ehtiyac yoxdur. Amma səfərə xal və ya xallar qazanmaq üçün yollanacağıq".