BAKI, 15 sentyabr. TELEQRAF

Bu gün Omanın xarici işlər naziri Bədr əl-Busaidi ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Omanın dövlət xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı regional hadisələr, gərginliyin azaldılması və diplomatiyanın davam etdirilməsi üçün şəraitin yaradılması müzakirə edilib.