BAKI, 22 yanvar. TELEQRAF

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Azərbaycan futbolunda ilkə imza atıb.

Teleqraf xəbər verir ki, 28 yaşlı futbolçu Almaniyanın “Ayntraxt Frankfurt” (3:2) komandası ilə keçirilən görüşün son saniyələrində fərqlənərək turnirin əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub.

Bu qol “Qarabağ”a qələbə qazandırmaqla yanaşı, Almaniya təmsilçisinin Çempionlar Liqasından kənarlaşdırılmasını rəsmiləşdirib.