BAKI, 21 yanvar. TELEQRAF
Türkiyənin “Qalatasaray” klubu UEFA Çempionlar Liqasının VII turu çərçivəsində İspaniyanın “Atletiko Madrid” komandasını qəbul edib.
Teleqraf xəbər verir ki, “RAMS Park” stadionunda keçirilən matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Madrid təmsilçisindən Culiano Simeone 4-cü dəqiqədə hesabı açıb. 20-ci dəqiqədə isə Markus Llorente avtoqol müəllifi olub.
Bununla da “Qalatasaray” xallarının sayını 10-a çatdıraraq 16-cı pilləyə yüksəlib. “Atletiko Madrid” 13 xalla səkkizincidir.