BAKI, 21 yanvar. TELEQRAF
UEFA Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq Almaniyanın “Ayntraxt” klubu futbolçusu Noah Fenyöyü mövsümün sonunadək Macarıstanın “Uypeşt” klubuna icarəyə verib.
Teleqraf xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytında məlumat yayılıb.
Macarıstan təmsilçisi futbolçunu sonradan birdəfəlik satınalma bəndi ilə heyətinə qatıb.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt Frankfurt" matçı bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.