BAKI, 20 yanvar. TELEQRAF

“Qarabağ”ın futbolçusu Pedro Bikalyo yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Teleqraf “TransferFeed” portalına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə Yunanıstanın AEK komandası maraqlanır.

Mənbənin məlumatına görə, Afina təmsilçisinin skautları 24 yaşlı oyunçunun çıxışını yüksək dəyərləndiriblər. Klubun baş məşqçisi Marko Nikoliç də Bikalyonun transferinə razılıq verib.

AEK-in Bikalyo üçün rəsmi təklif hazırladığı bildirilir.

Qeyd edək ki, Pedro Bikalyo 2025-ci ilin yayında Braziliyanın “Palmeyras” klubundan ayrılaraq “Qarabağ”a keçib. Onun “Köhlən atlar”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.