BAKI, 18 yanvar. TELEQRAF

İngiltərənin “Çelsi” klubu Fransanın “Renn” komandasının futbolçusu Ceremi Cakeni transfer etmək niyyətindədir.

Teleqraf məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, “zadəganlar” artıq 19 yaşlı müdafiəçi ilə şəxsi müqaviləni razılaşdırıb.

Fransa klubu Cake üçün “Çelsi”dən 55 milyon funt-sterlinq tələb edir. London təmsilçisi isə məbləği endirməyə çalışır.

Qeyd edək ki, Ceremi Cakenin “Renn”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. O, cari mövsüm ərzində 16 oyunda iştirak edib.