İngiltərənin "Çelsi" klubunun futbolçusu Enso Fernandes karyerasını Fransada davam etdirə bilər.
Teleqraf "L'Equipe" qəzetinə istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi PSJ-nin maraq dairəsinə düşüb.
Paris təmsilçisi 24 yaşlı oyunçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.
Fernandesin "Çelsi" ilə müqaviləsi 2032-ci ilə qədərdir.
Qeyd edək ki, Enso Fernandes cari mövsüm ərzində 30 oyunda iştirak edib, 8 qol və 3 məhsuldar ötürmə müəliffi olub.