BAKI, 15 yanvar. TELEQRAF

"Qarabağ"ın transfer hədəflərindən olan Sloveniyanın "Selye" klubunun futbolçusu Franko Kovaçeviç karyerası ilə bağlı qərarını verib.

Teleqraf Şotlandiya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı hücumçu "Seltik"lə razılıq əldə edib.

Qlazqo təmsilçisi 26 yaşlı oyunçu üçün "Selye"yə 2,5 milyon avro ödəyəcək. Keçidin yaxın müddətdə ictimaiyyətə rəsmən açıqlanacağı gözlənilir.

Kovaçeviçin "Seltik"lə yanaşı "Qarabağ", "Ferentsvaroş" (Macarıstan), "Levski Sofiya" (Bolqarıstan) və "Legiya Varşava" (Polşa) klublarından da təklifi olub.

Qeyd edək ki, Franko Kovaçeviç 2025-ci ilin yayında Almaniyanın "Veen Visbaden" komandasından 500 min avro qarşılığında "Selye"yə keçib. O, cari mövsüm ərzində meydana çıxdığı 28 oyunda 25 qol müəllifi olub.