BAKI, 15 yanvar. TELEQRAF

Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kuboku turnirində finala yüksələn komandalar bəlli olub.

Teleqraf xəbər verir ki, ev sahibi Mərakeş yarımfinal mərhələsində Nigeriya ilə qarşılaşıb. Əsas və əlavə vaxtı qolsuz bərabərliklə (0:0) başa çatan oyunun taleyini penaltilər seriyası həll edib. Bu seriyada daha dəqiq olan Mərakeş millisi finala vəsiqə qazanıb.

Mərakeşin finaldakı rəqibi Seneqal millisi olacaq.

Qeyd edək ki, turnirin final oyunu yanvarın 18-də keçiriləcək.