BAKI, 14 yanvar. TELEQRAF

“Fənərbağça”nın mərakeşli futbolçusu Yussef En-Nesiri karyerasını İngiltərədə davam etdirə bilər.

Teleqraf “Sky Sports”a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Everton” 29 yaşlı hücumçu ilə bağlı “sarı-lacivərtlilər”lə rəsmi danışıqlara başlayıb.

İngiltərə klubu futbolçunun transferi üçün həm icarə, həm də birdəfəlik transfer variantlarını müzakirə edir.

Bununla yanaşı, Qətərin “Əl-Sədd” klubu En-Nesiri üçün “Fənərbağça”ya 30 milyon avroluq anlaşma təklif edib. Təklif 5 milyon avro icarə haqqı və 25 milyon avro satınalma opsiyasını əhatə edir. Həmçinin, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu da futbolçu ilə maraqlanır.

Bundan əlavə, Premyer Liqa təmsilçisi “Nottingem Forest” də hücum xəttini gücləndirmək məqsədilə En-Nesiri üçün təklif hazırlayıb.

Qeyd edək ki, 28 yaşlı hücumçu bu mövsüm “Fənərbağça” forması ilə 25 rəsmi oyunda meydana çıxıb, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.