BAKI, 14 yanvar. TELEQRAF
Fransa millisinin futbolçusu Nqolo Kante Türkiyənin "Fənərbağça" klubuna keçməyə yaxındır.
Teleqraf məşhur insayder Florian Plettenberqə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisində çıxış etmək üçün maaşının azaldılmasına razılıq verib.
Hazırda "Fənərbağça" Kantenin məxsus olduğu Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu ilə danışıqlar aparır. Transferin yaxın günlərdə gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, Nqolo Kante 2023-cü ilin yayından "Əl-İttihad"da çıxış edir. O, cari mövsüm ərzində meydana çıxdığı 21 oyunda 1 qol vurub.