BAKI, 12 yanvar. TELEQRAF
Türkiyə təmsilçisi “Fənərbağça” İspaniyanın “Atletiko Madrid” klubunun norveçli futbolçusu Aleksander Sörlotu tezliklə heyətinə qatacaq.
Teleqraf “Fotomaç” nəşrinə istinadən xəbər verir ki, “sarı-lacivərdlilər”in 30 yaşlı hücumçu ilə aparılan danışıqlar yaxın zamanda rəsmiləşəcək.
Klub prezidenti Sadəddin Saran və rəhbərlik prosesi qısa müddətdə yekunlaşdırmağı planlaşdırır.
Xatırladaq ki, "Fənərbağça” fasilə müddətində “Latsio”nun futbolçusu Matteo Genduzini, “Samsunspor”dan Antoni Musabnı və “Beşiktaş”dan Mert Günoku transfer edib.
Qeyd edək ki, Aleksander Sörlot bu mövsüm “Atletiko Madrid”in forması ilə 24 oyuna çıxıb. Norveçli mərkəz hücumçusu 7 qol və 1 assistlə yadda qalıb və ümumilikdə 8 qola yadda qalıb. Sörlotun İspaniya klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.