BAKI, 10 yanvar. TELEQRAF

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, final qarşılaşmasında "Qalatasaray" "Fənərbağça" ilə üz üzə gəlib.

Atatürk Olimpiya Stadionunda baş tutan qarşılaşma “sarı-lacivərdlilər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Halil Umut Melerin idarə etdiyi görüşdə qolları Matteo Genduzi (28), Jayden Quinn Oostervolde (48) vurublar.

Xatırladaq ki, “Fənərbağça” sonuncu dəfə 2014-cü ildə Türkiyə Superkubokunun qalibi olmuşdu. Bu klubun tarixində 19-cu Superkubok olub.