BAKI, 8 yanvar. TELEQRAF
"Qarabağ" UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Teleqraf xəbər verir ki, Mersisayd təmsilçisi "Börnli"nin gənclər komandasının sabiq müdafiəçisi Noah Adekoya ilə müqavilə bağlayıb
19 yaşlı oyunçunun hələlik "Liverpul" U-21 komandasında çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, "Qarabağ" "Liverpul"la yanvarın 28-də qarşılaşacaq. "Enfild" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.