BAKI, 7 yanvar. TELEQRAF
İspaniya Kubokunun 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, mərasimdə "Real Madrid" və "Barselona" klublarının da rəqibləri müəyyənləşib.
Madrid təmsilçisi "Albasete" ilə, Kataloniya komandası isə "Rasinq"lə qarşılaşacaq.
Qeyd edək ki, bu mərhələnin oyunları 13-15 yanvar tarixlərində keçiriləcək.
İspaniya Kuboku
1/8 final mərhələsi
"Deportivo" - "Atletiko Madrid"
"Rasinq" - "Barselona"
"Kultural Leonesa" - "Atletik Bilbao"
"Albasete" - "Real Madrid"
"Burqos" - "Valensiya"
"Real Betis" - "Elçe"
"Real Sosyedad" - "Osasuna"
"Alaves" - "Rayo Valyekano".