BAKI, 7 yanvar. TELEQRAF
İngiltərənin "Çelsi" klubu İtaliyanın "Milan" komandasının futbolçusu Rafael Leaunu transfer etmək istəyir.
Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Ekrem Konur məlumat yayıb.
Mənbənin məlumatına görə, "zadəganlar" portuqaliyalı hücumçu üçün 75 milyon avro ödəməyə hazırdırlar. Tərəflərin yaxın müddətdə danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, Rafael Leau 2019-cu ildən "Milan"da çıxış edir. O, cari mövsüm ərzində meydana olduğu 13 matçda 7 qol vurub və 1 məhsuldar ötürmə edib.